Antoni Bundesliqa klubuna keçə bilər – 40 milyon avroya

“Betis”də icarə əsasında çıxış edən “Mançester Yunayted”in vingeri Antoni “Bayer”ə keçə bilər.

Komanda.az ABC-yə istinadən xəbər verir ki, Leverkuzen klubu braziliyalı futbolçu üçün “qırmızı şeytanlar”a 40 milyon avro təklif etmək niyyətindədir. “Mançester Yunayted”in bu məbləğə futbolçusunu buraxmağa hazır olduğu bildirilir.

Antoni son mövsümün ikinci yarısını icarə əsasında “Betis”də keçirib. 25 yaşlı futbolçu İspaniya klubunda 26 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button