
“Mançester Yunayted”də 3 illik müqavilə
“Mançester Yunayted” futbolçusu Xuan Mata ilə yeni sözləşmə imzalayacaq.
Komanda.az xəbər verir ki, iyunun 30-na qədər “qırmızı şeytanlar”la müqaviləsi olan ispan yarımmüdafiəçi yeni – 3 illik müqavilə bağlayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Mançester Yunayted” Mata ilə imzalanan müqaviləni yaxın zamanda rəsmən açıqlayacaq.
2014-cü ildən “Mançester Yunayted”də forma geyinən Mata, son mövsümdə 32 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin