MY Poqbanı buraxmaq istəmir – Yeni təklif
“Mançester Yunayted” futbolçusu Pol Poqbanı komandada saxlamaq niyyətindədir.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” “Real” və “Yuventus”un istədiyi fransız yarımmüdafiəçini həftəlik məvacibini artıraraq, klubda qalmağa razı salmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Mançester Yunayted” rəhbərliyi hazırda həftəlik 290 min funt-sterlinq qazanan Poqbaya, həftəlik 500 min funt-sterlinq alacağı yeni müqavilə təklif etmək istəyir. Poqba bununla razılaşsa, Premyer Liqanın ən yüksək ödənişli futbolçusu olacaq.
Poqbanın “Mançester Yunayted”lə müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin