
MY danimarkalı futbolçu ilə yollarını ayıracaq
“Mançester Yunayted” danimarkalı yarımmüdafiəçisi Kristian Eriksenlə gələn yay yollarını ayıracaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasındakı müqavilə cari mövsümün sonunda başa çatacaq və əməkdaşlığın uzadılması ilə bağlı danışıqlar planlaşdırılmır.
Daha əvvəl “Yuventus”un Eriksenlə maraqlandığı ilə bağlı xəbərlər yayılıb. O, 2022-ci ilin yayından “qırmızı şeytanlar”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin