
MY braziliyalı futbolçu ilə yollarını ayıra bilər
“Mançester Yunayted”in hücumçusu Antoni qış transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının digər təmsilçisi “Nyukasl” braziliyalı futbolçunun xidmətində maraqlıdır. “Qırmızı şeytanlar” təxminən 50 milyon avro qarşılığında oyunçu ilə ayrılmağa hazırdırlar.
Antoninin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin