MY fransalı futbolçular arasında seçim edir

“Mançester Yunayted” komandada müdafiəyəmeyilli yarımmüdafiəçi Kazemironu əvəz edəcək futbolçu axtarır.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, MY-nin diqqət mərkəzində “Real”ın iki futbolçusu var. Söhbət Orelyen Tçuameni və Eduardo Kamavinqadan gedir. “Qırmızı şeytanlar” fransalı futbolçulardan biri üçün təxminən 80 milyon avro ödəməyə hazırdır.

Kazemironun bu yay “Mançester Yunayted”i tərk edə biləcəyi bildirilirdi. Braziliyalı yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək variantları var.

“Qırmızı şeytanlar” ötən mövsüm Premyer Liqada uğursuz çıxış edərək, çempionatı 8-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button