“Mançester Yunayted” onu 55 milyon avroya sata bilər

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Antoni Marsialı satmağa qərar verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı forvardı cari mövsümün sonunda satmağı planlaşdırır. Klub onun təzminat məbləğini də müəyyənləşdirib. Belə ki, Marsialı heyətinə qatmaq istəyən klub 55 milyon avro ödəməli olacaq.

Marsial 2015-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur. Onun klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button