
Kapitanla bağlı qərar verilib
“Mançester Yunayted” kapitanı Bruno Fernandeslə bağlı planları haqda qərar verib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi portuqaliyalı futbolçu üçün yay transfer pəncərəsi zamanı gələcək təklifləri rədd edəcək.
Daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun yarımmüdafiəçini transfer etməkdə maraqlı olduğu bildirilib.
Fernandesin “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, bu mövsüm 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin