“Mançester Yunayted” Fernandesi saxlamaq üçün hər şey etməlidir”

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz komandanın yarımmüdafiəçisi Bruno Fernandesin Səudiyyə Ərəbistanına mümkün transferi ilə bağlı yayılan şayiələr haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun komandada qalmalı olduğunu düşünür:

“Fernandes qalmalıdır. O, klubun son dövrlərdə edə bildiklərinin açarıdır. Hər qol, hər ilham anı – o, orada idi. “Mançester Yunayted” onu saxlamaq üçün hər şey etməlidir”.

Bundan əvvəl yarımmüdafiəçinin nümayəndələrinin Londonda “Əl-Hilal”ın prezidenti ilə görüşdüyü bildirilib. Təklifə ildə 35 milyon avroya qədər maaş ilə üç illik müqavilə aid edilib. Lakin hələlik yekun razılaşma əldə olunmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button