MY 36 yaşlı futbolçu ilə bağlı qərar verib

“Mançester Yunayted” müdafiəçi Conni Evansı heyətində saxlamaq istəyir.

Komanda.az “Evening News”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 36 yaşlı futbolçu ilə yeni müqavilə bağlamaq üçün danışıqları davam etdirir.

Evans ötən yay keçmiş klubu “Mançester Yunayted”ə qayıtmışdı. O, 2023/24 mövsümündə 30 rəsmi oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

“Mançester Yunayted” yeni mövsümə İngiltərə superkuboku uğrunda matçla başlayacaq. Erik ten Haqın komandasının yolu bu oyunda “Mançester Siti” ilə kəsişəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button