Eriksenlə bağlı qərar verilib
Danimarkalı yarımmüdafiəçi Kristian Eriksen yaxın vaxtlarda “Mançester Yunayted”i tərk edə bilər.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, İngiltərə klubu yeni futbolçu ilə müqavilə imzalamaq üçün təcrübəli oyunçu ilə ayrılmaq istəyir.
Belə ki, “qırmızı şeytanlar” “Kristal Pelas”ın 20 yaşlı yarımmüdafiəçisi Adam Uortonu transfer etməyə hazırlaşır. “Mançester Siti” Adamla bağlı mübarizədə MY-nin rəqibi hesab olunur.
Eriksen 2022-ci ilin yayından “qırmızı şeytanlar”ın rənglərini qoruyur. O, ümumilikdə 78 oyunda iştirak edib, 6 qol vurub, 14 məhsuldar ötürmə verib. Tərəflər arasındakı müqavilə gələn il başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin