De Yonqu razı sala bilmirlər
“Mançester Yunayted” “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun maliyyə tələblərini qarşılamağa hazır deyil.
Komanda.az “Football Transfers”-ə istinadən xəbər verir ki, Mançester klubu 25 yaşlı niderlandlını transferə razı sala bilmir.
“Qırmızı şeytanlar” yarımmüdafiəçinin Kataloniya klubundan almalı olduğu təxirə salınmış ödənişləri ödəməkdən imtina edir. De Yonqun bu mövsüm maaşı ildə təxminən 22 milyon avro olacaq.
De Yonq ötən mövsüm kataloniyalıların heyətində 46 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin