MY niderlandlı müdafiəçi ilə razılığa gəlib

“Bayern”in və Niderland millisinin müdafiəçisi Matteys de Liqt “Mançester Yunayted”lə müqaviləsinin şəxsi şərtlərini demək olar ki, razılaşdırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” niderlandlı futbolçu ilə anlaşmanın uğurlu olacağına əmindir. De Liqt agentinə “Mançester Yunayted”ə keçmək istədiyini açıqlayıb. Klublar danışıqları davam etdirir.

24 yaşlı müdafiəçi ötən mövsüm bütün turnirlərdə 30 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button