“Mançester Yunayted” danimarkalını istəyir

“Tottenhem”in danimarkalı yarımmüdafiəçisi Pyer-Emil Heyberq iş yerini dəyişə bilər.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, Erik ten Haqın baş məşqçisi olduğu “Mançester Yunayted” 28 yaşlı futbolçunu transfer etmək istəyir.

Heyberq 2022/23 mövsümündə İngiltərə çempionatında 35 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

Öncədən “Atletiko”nun danimarkalı futbolçunu transfer etmək istədiyi haqda xəbər vermişdik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button