Keçmiş futbolçu: “Mançester Yunayted” dəhşətli idi”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager “Mançester Yunayted”in “Nyukasl”la oyunda (0:2) çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın çox pis oynadığını deyib:

“Mançester Yunayted” dəhşətli idi: sadəcə olaraq, oyunçuların hərəkətliliyinin və atletizminin olmamasına baxın. Bu, təkcə Eriksen və Kazemiro deyil. Zirkze qaça bilmir, hərəkət etmir. Mən “Nyukasl”ın qələbəsindən başqa heç nə təsəvvür edə bilməzdim”.

“Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 14-cü, “Nyukasl” isə 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button