MY də “rəngini dəyişdi” – VİDEO+FOTO

İngiltərənin “Mançester Yunayted” klubu 2023/24 mövsümü üçün yeni səfər formasını təqdim edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, formanın köynəyi ağ və yaşıl rənglərlə əhatələnib. Klub 20 il öncə istifadə etdiyi formanın rənglərindən yenidən istifadə etmək qərarını verib.

“Qırmızı şeytanlar” bu dizaynın klub üçün xüsusi olduğunu vurğulayıb, xatirələrin canlanmasına təkan verdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, öncədən “Liverpul” da qarşıdakı mövsüm üçün yeni səfər formasını təqdim etmiş, ağ və yaşıl rənglərdən yararlandıqlarını bildirmişdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button