“Çelsi”nin müdafiəçisi “Mançester Yunayted”ə keçə bilər
“Çelsi”nin müdafiəçisi Benjamin Çiluell İngiltərə Premyer Liqasının başqa klubuna keçə bilər.
Komanda.az “Talksport“-a istinadən xəbər verir ki, “Mançester Yunayted” ingilis futbolçunun xidmətində maraqlıdır.
Çiluell 2020-ci ildə “Lester”dən 45 milyon avro qarşılığında “Çelsi”yə keçib. 27 yaşlı müdafiəçi ötən mövsümdə İngiltərə Premyer Liqasında 13 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib və 5 sarı vərəqə alıb. Onun klubla müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin