MY “Çelsi”nin hücumçusunu izləyir
“Mançester Yunayted” “Çelsi”nin hücumçusu Kristofer Nkunku ilə maraqlanır.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı futbolçu oyun vaxtı az olduğu üçün Londondakı mövqeyindən narazıdır. Vəziyyətə “Mançester Yunayted” nəzarət edir və klub, qarşıdakı transfer pəncərələrində müsait olacağı təqdirdə, 26 yaşlı forvardla müqavilə bağlamaq imkanını nəzərdən keçirir.
Nkunku cari mövsümdə bütün yarışlarda 17 matçda iştirak edib, 10 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin