“Mançester Yunayted” onu satmaq istəyir

“Mançester Yunayted” ötən mövsümün ikinci hissəsini icarə əsasında “Sevilya”da keçirmiş hücumçu Antoni Marsialla yollarını ayırmaq istəyir.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Marsialın satışından əldə olunan gəliri yeni futbolçular almağa sərf etməyi planlaşdırır. Daha əvvəl “Sevilya”nın prezidenti Xose Kastro klubun 26 yaşlı fransalı futbolçunun hüquqlarını almayacağını bildirmişdi.

Marsial başa çatan mövsümdə 22 matçda 2 qol vurub və məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button