“Mançester Yunayted”lə Şou arasında….
“Mançester Yunayted” klubu futbolçusu Luk Şou ilə müqaviləni uzatmağa hazırlaşır.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klubla 26 yaşlı ingilis müdafiəçinin nümayəndələri arasında danışıqlar davam edir. “Mançester Yunayted” futbolçuya 2026-cı il iyun ayının sonuna qədər müqavilə təklif edəcək.
Şounun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2023-cü il iyun ayının sonuna qədərdir və daha bir il uzadılma imkanı var.
Şou 2014-cü ilin iyul ayından “Mançester Yunayted”də çıxış edir. O, cari mövsümdə 27 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin