MY braziliyalı futbolçu ilə bağlı qərar verib

“Mançester Yunayted” braziliyalı vinger Antoni üçün gələcək planları barədə qərar verib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 24 yaşlı futbolçunun maaşının tam ödənilməsi şərtilə icarəyə vermək variantını nəzərdən keçirməyə hazırdır. Braziliyalı yarımmüdafiəçinin maaşı həftəlik 83 min avrodur.

“Qırmızı şeytanlar” hələ futbolçunu tam satmaq variantını nəzərdən keçirmir.

Antoni ötən mövsüm 38 matçında iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir və bazar dəyəri 25 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button