
MY belçikalı qapıçı üçün danışıqları davam etdirir
“Mançester Yunayted” belçikalı qapıçı Senne Lammensin transferi ilə bağlı “Antverpen”lə danışıqları davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Belçika klubu 23 yaşlı qolkiper üçün 25 milyon avro tələb edir. “Qırmızı şeytanlar” isə təxminən 20 milyon avro və əlavə bonuslar təklif etməyə hazırdır. Bildirilir ki, yeni qapıçının transferi komandanın hazırkı əsas qolkiperi Andre Onananın gələcəyinə təsir etməyəcək.
“Transfermarkt” portalı Lammensin bazar dəyərini 9 milyon avro qiymətləndirir. O, 2024-cü ilin martından etibarən Belçika millisinə dəvət olunsa da, hələ debüt etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



