MY “Bayer”in müdafiəçisi ilə maraqlanır
“Mançester Yunayted” “Bayer”in mərkəz müdafiəçisi Conatan Ta ilə maraqlanır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hələ də müdafiəçi Matteys de Liqtin transferi ilə bağlı “Bayern”lə razılaşa bilmir. Futbolçunun İngiltərə klubu ilə şəxsi müqaviləsi artıq razılaşdırılıb, anlaşma 2029-cu ilin yayına qədər qüvvədə olmalıdır. Lakin “Bayern” “Mançester Yunayted”dən 50 milyon avro+bonuslar tələb edir. Bu səbəbdən, Mançester klubu eyni vaxtda Conatan Ta ilə əlaqə saxlayıb.
28 yaşlı futbolçu 2015-ci ildə “Hamburq”dan “Bayer”ə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 353 matçda iştirak edib, 14 qol vurub və 12 məhsuldar ötürmə verib. Tanın Leverkuzen klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin