İngiltərə klubu “sükan”ı Xabi Alonsoya tapşırmaq istəyir

“Mançester Yunayted” Erik Ten Haqı əvəzləyəcək baş məşqçi ilə bağlı qərar verib.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” niderlandlı çalışdırıcının yerinə ispaniyalı baş məşqçi Xabi Alonso ilə maraqlanır. İngilislər 2024/25 mövsümünün sonunda 42 yaşlı mütəxəssisi dəvət etməyə hazırdırlar.

Alonso hazırda Leverkuzen “Bayer”inin baş məşqçi postunu tutur.

İspaniyalı mütəxəssislə daha əvvəl “Real” və “Bayern”in maraqlandığı bildirilirdi. O, 2022-ci ildən “Bayer”i çalışdırır. Alonso ötən mövsüm komandanı Bundesliqa çempionluğuna daşıyıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button