MY “Barselona”nın futbolçusu üçün 30 milyon avro təklif edib

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya çempionatını İngiltərə Premyer Liqasına dəyişə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi ispaniyalı futbolçu üçün 30 milyon avro təklif edib. “Barselona” da öz növbəsində yarımmüdafiəçi ilə ayrılmaq istəmir.

21 yaşlı futbolçu 2023-cü ilin yayından “Barsa”nın əsas komandasında çıxış edir. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin ortalarında bitir.

Lopes ötən mövsüm La Liqada 31 oyun keçirib, 8 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button