
MY bir neçə futbolçu ilə müqaviləni ləğv edə bilər
“Mançester Yunayted” rəhbərliyi bəzi futbolçuların müqaviləsinə xitam verə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” yüksək maaş və müqavilə müddətinə görə futbolçuları satmaq çətin olduğundan, onlarla müqaviləni ləğv etmək variantını istisna etmir. Bu səbəbdən, transferi çətin olan oyunçular arasında Markus Reşford və Alexandro Qarnaçonun da olduğu iddia edilir.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının son mövsümünü 15-ci yerdə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin