“Mançester Yunayted” azarkeşisizsə, bütün bunları izləmək çox çətindir”

İngiltərə millisinin sabiq futbolçusu Ceymi Rednapp “Mançester Yunayted”in problemləri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu “Mançester Yunayted”in yüksək səviyyəli oyunçulara böyük ehtiyacının olduğunu deyib:

“Mançester Yunayted”in yüksək səviyyəli oyunçulara böyük ehtiyacı var və bu, çox vaxt və səbr tələb edəcək. Bu böyüklükdə bir klubun eşitmək istədiyi şey deyil. “Mançester Yunayted” azarkeşisizsə, bütün bunları izləmək çox çətindir”.

“Tottenhem”ə 0:1 hesabı ilə məğlub olan “qırmızı şeytanlar” Premyer Liqanın turnir cədvəlində 15-ci yerdə qərarlaşıb.

Ruben Amorimin yetirmələri növbəti turda, fevralın 22-də turnir cədvəlində daha bir qonşusu – “Everton”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button