MY argentinalı qapıçı üçün təklif göndərib

“Mançester Yunayted” “Aston Villa”nın qapıçısı Emiliano Martineslə maraqlanır.

Komanda.az “Tyc Sports”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi argentinalı futbolçunun transferi üçün qarşı tərəfə təklif göndərib.

Martinesin “Aston Villa” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. O, 2020-ci ilin sentyabrından İngiltərə klubunda çıxış edir. 32 yaşlı qolkiper son mövsümdə 53 oyun keçirib və 61 top buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button