MY 16 yaşlı hücumçunu almaq istəyir
“Arsenal”ın hücumçusu Çido Obi İngiltərənin başqa klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” danimarkalı futbolçunun xidmətində maraqlıdır. “Qırmızı şeytanlar” müqaviləni tezliklə yekunlaşdırmağı gözləyirlər. Hücumçunun özü hələ ki, gələcəyi ilə bağlı yekun qərar verməyib.
16 yaşlı futbolçu son mövsümdə “Arsenal”ın gənclər komandasının heyətində 24 matçda iştirak edib, 32 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin