MY 95 milyon avroya aldığı futbolçunu satmağa razıdır

“Mançester Yunayted” yarımmüdafiəçisi Antonini qışda sata bilər.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, Premyer Liqa klubu braziliyalı futbolçunu qış transfer pəncərəsində buraxmağa hazırdır. Həm icarə, həm də tam transfer haqqında danışmaq olar.

Antoni ilə Premyer Liqanın iki klubu maraqlanır – “Nyukasl” və “Kristal Pelas”. 24 yaşlı vinger əvvəllər formasını geyindiyi “Ayaks”ın da “radar”ındadır.

“Qırmızı şeytanlar” 2022-ci ildə Antoni üçün 95 milyon avro ödəyib. Bununla belə, o, “Mançester Yunayted”də iki ildən artıqdır ki, ümidləri doğrultmur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button