MY Amrabatı almaq fikrində deyil

“Mançester Yunayted”də icarə əsasında çıxış edən “Fiorentina”nın mərakeşli yarımmüdafiəçisi Sofian Amrabat bu mövsümün sonunda İngiltərə klubunu tərk edəcək.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, MY mərakeşli futbolçunu almaq fikrində deyil. Amrabatın özü də İtaliya üçün darıxır.

27 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”də bir illik icarə əsasında çıxış edir. İngiltərə klubunun yarımmüdafiəçini 20+5 milyon avroya almaq variantı da var.

Amrabat bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib. Futbolçunun “Fiorentina” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button