MY Almaniya klubunun tələbini yerinə yetirə bilmir

“Mançester Yunayted” və “Bayern” hələ ki, müdafiəçi Matteys de Liqtin transferi ilə bağlı razılığa gəlməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in təklifi 40 milyon avronu keçməyib, “Bayern” isə 50 milyon avro və əlavə bonuslar tələb edir.

“Bayern”in prezidenti Ulli Hönes etiraf etmişdi ki, 24 yaşlı futbolçu bu yay “Mançester Yunayted”ə keçə bilər.

Niderlandlı müdafiəçi ötən mövsüm 30 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button