
“Mançester Yunayted”də 3 illik müqavilə
“Mançester Yunayted” klubu akademiyasında çıxış edən Noam Emeronla peşəkar müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb. 17 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Noam 2019-cu ilin fevralında Fransanın “Amyen” klubundan “Mançester Yunayted”ə keçib. O, “qırmızı şeytanlar”ın U-17 komandasında forma geyinirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin