
“Mançester Yunayted” 86 milyon avroluq futbolçunu ala bilər
“Nottingem Forest”ın yarımmüdafiəçisi Anderson Elliot “Mançester Yunayted”ə keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Mirror Football” məlumat yayıb.
“Brayton”ın futbolçusu Karlos Balebanın transferi alınmasa, “qırmızı şeytanlar” Anderson üçün yarışa qoşula bilər. Ancaq “Mançester Yunayted” həm “Mançester Siti”, həm də “Çelsi” ilə rəqabət aparmalıdır.
Anderson hazırda “meşəçilər”in əsas oyunçularından biri hesab olunur və klub onu saxlamağa çalışır. 22 yaşlı futbolçunun bazar dəyəri 86 milyon avro qiymətləndirilir. O, cari mövsümdə bütün turnirlərdə 10 oyuna çıxaraq, 1 məhsuldar ötürmə verib.
“Nyukasl” da maliyyə problemləri səbəbindən satdığı futbolçunu geri qaytarmağa hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



