“Mançester Yunayted” 74 milyon avroya hücumçu aldı
“Mançester Yunayted” “Atalanta”nın hücumçusu Rasmus Hoylundu transfer edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, danimarkalı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.
“Mançester Yunayted” 20 yaşlı futbolçu üçün 74 milyon avro təzminat ödəyəcək.
Hoylund “Atalanta”da cəmi bir mövsüm keçirib. İtaliya klubu onu 2022-ci ilin avqustunda Avstriyanın “Şturm” klubundan 20 milyon avroya alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin