MY 2 futbolçusu ilə yollarını ayıracaq
“Mançester Yunayted” əsas komandanın iki futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” transfer siyahısına komandanın vingeri Antonini və yarımmüdafiəçi Kristian Erikseni daxil edib.
MY bu futbolçularla 2022-ci ilin yayında müqavilə imzalayıb. Eriksen “Brentford”dan azad agent kimi “qırmızı şeytanlar “a keçib. “Mançester Yunayted” Antoni üçün “Ayaks”a 95 milyon avro təzminat ödəməli olub.
24 yaşlı Antoni və 32 yaşlı Eriksenin bu mövsüm Premyer Liqada hərəyə 1 qol və 1 məhsuldar ötürmələri var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin