“Çelsi” də 1/4 finala vəsiqə qazandı
Futbol üzrə İngiltərə Federasiya kubokunda 1/8 final mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Əvvəlcə “Bornmut” səfərdə “Bernli”yə iki cavabsız qolla qalib gələrək 1/4 finala yüksələn ilk komandaya çevrilib. “Mançester Yunayted” isə “Vest Hem” səddini çətinliklə keçib. “Qırmızı şeytanlar” bu rəqibi yalnız əlavə vaxtda vurulan yeganə qol sayəsində məğlub edə bilib.
“Mançester Siti” səfrədə “Suonsi Siti” üzərində inamlı qələbəyə sevinib.
“Lester Siti” “Brayton”u, “Şeffild Yunayted” isə “Bristol Siti”ni minimal hesabla üstələyib.
Doqquz qolun qeydə alındığı “Everton” – “Tottenhem” görüşündə də meydan sahibləri qələbəyə sevinən tərəf olub.
Sonuncu oyun günündə “Vulverhempton” evdə “Sauthempton”a uduzaraq mübarizəni dayandırıb. Səfərdə “Barnsli” ilə qarşılaşan “Çelsi” isə minimal hesabla növbəti mərhələyə vəsiqəni təmin edib.
İngiltərə Federasiya kuboku, 1/8 final
9 fevral
Bernli – Bornmut 0:2
Mançester Yunayted – Vest Hem 1:0
10 fevral
Suonsi Siti – Mançester Siti 1:3
Qol: Uittaker, 77 – Uolker, 30. Sterlinq, 47. Q.Jezus, 50.
Lester Siti – Brayton 1:0
Qol: İheanaço, 90+4.
Şeffild Yunayted – Bristol Siti 1:0
Qol: Şarp, 66-pen.
Everton – Tottenhem 5:4
Qol: Kalvert, 36. Riçarlison, 38; 68. Siqurdsson, 43-pen. Bernard, 97 – D.Sançes, 3; 57. Lamela, 45+3. Keyn, 83
11 fevral
Vulverhempton – Sauthempton 0:2
Qol: İnqs, 49. Armstronq, 90.
Barnsli – Çelsi 0:1
Qol: Abraham, 64.
Bizi Facebook-da izləyin