“Mançester Yunayted”ə Rays və Keyn lazım idi” – Keçmiş futbolçu

“Mançester Yunayted”in sabiq kapitanı Qari Nevill klub rəhbərliyinin transfer siyasəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “United Zone”-yə istinadən xəbər verir ki, keçmiş futbolçu MY rəhbərliyinin səviyyəli futbolçular almaq üçün pulunun olmadığını bildirib:

“Yay transferlərindən məlum idi ki, “Mançester Yunayted” “Arsenal” və “Mançester Siti”yə meydan oxumayacaq. Kluba Deklan Rays və Harri Keyn lazım idi. Lakin rəhbərliyin bu səviyyəli sövdələşmələr üçün pulu yox idi. İndi komanda yaxşı səviyyədən çox uzaqdır”.

“Qırmızı şeytanlar” Premyer Liqanın ilk beş turunda üç dəfə məğlub olub. Erik ten Haqın komandası “Brayton”la matçda ardıcıl ikinci məğlubiyyətini alıb və İngiltərə çempionatının turnir cədvəlində 12-ci pilləyə düşüb (6 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button