
İngilislər “Mançester Yunayted”in çempionluğuna pul yatırır
Britaniyalı mərc kontorları Premyer Liqada “Mançester Yunayted”in çempion olacağına inanır.
Komanda.az xəbər verir ki, Böyük Britaniyanın ən böyük bukmeker şirkətlərindən olan “Bet365”-in məlumatına görə, 2025/26 mövsümündə İngiltərə çempionu kimi ən çox mərc edilən komanda “Mançester Yunayted” olub.
Hazırda çempionluq üçün edilən bütün mərclərin 29,8 faizi “qırmızı şeytanlar”ın üzərinə yatırılıb. Komandanın titula əmsalı 35.00 olaraq göstərilir.
Hazırkı çempion “Liverpul” 23,9 faiz göstərici ilə ikinci sıradadır. Ardınca “Arsenal” (9,6 faiz), “Çelsi” (8,1 faiz) və “Mançester Siti” (7,9 faiz) gəlir.
“Mançester Yunayted” son Premyer Liqa mövsümünü turnir cədvəlinin 15-ci pilləsində tamamlayıb. Bu, komandanın 1974-cü ildən bəri ən zəif nəticəsidir.
Bizi Facebook-da izləyin