“Mançester Yunayted”də sentyabrın ən yaxşı oyunçusu bilindi
İngiltərənin “Mançester Yunayted” klubunda sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada danimarkalı yarımmüdafiəçi Kristian Eriksen layiq görülüb.
Danimarka milli komandasının üzvü ötən ay “qırmızı şeytanlar”ın heyətində 4 matça çıxıb və 2 qola imza atıb.
Xatırladaq ki, “Mançester Yunayted”də Markus Reşford da İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusu seçilib. Hətta bu komandanı çalışdıran Erik Ten Haq da ötən ayın ən yaxşı məşqçisi elan olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin