“Mançester Siti”nin cəzalandırılması üçün səfərbər oldular
İngiltərə Premyer Liqasında çıxış edən klublar maliyyə qaydalarını pozmaqda təqsirli bilinən “Mançester Siti”nin çempionatdan uzaqlaşdırılmasını tələb edirlər.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, “şəhərlilər”ə qarşı ittihamlar təsdiqlənsə, onlara heç bir güzəşt edilməyəcək.
Mançester təmsilçisinə ən çox ölkənin digər böyük klubları cəza verilməsini istəyirlər. Bunlar “Mançester Yunayted”, “Arsenal”, “Liverpul”, “Çelsi” və “Tottenhem”dir.
Müstəqil komissiyada baxılan prosesə Premyer Liqa klubları qarışa bilməz.
“Mançester Siti” 2009/2010 mövsümündən 2017/2018 mövsümünədək çoxsaylı maliyyə feyr-pley pozuntularında günahlandırılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin