“Mançester Siti”yə keçməkdə maraqlı idim, amma alınmadı” – “Sevilya”nın futbolçusu

“Mançester Siti” “Sevilya”nın futbolçusu Jul Kundeni heyətinə qatmaq istəyib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə 22 yaşlı futbolçu özü məlumat verib. O, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola ilə danışıqlar apardığını bildirib:

“Qvardiola ilə danışdım, hər şey yaxşı irəlilədi. “Mançester Siti”yə keçməkdə maraqlı idim, amma alınmadı. Hədəfim Avropa çempionatında iştirak etməkdir. Bu arzu məni motivasiya edir”.

Fransalı futbolçunun “Sevilya” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button