Haland “Mançester Siti”də yalnız ondan az qazanır
“Mançester Siti”nin yeni transferi Erlinq Haland klubun ikinci ən çox maaş alan oyunçusudur.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Norveçli hücumçu həftədə 433 min avro və ya ildə 22,5 milyon avro alır.
“Mançester Siti”də yalnız bir oyunçu Halanddan daha çox maaş alır. Bu, Kevin de Bruynedir. 2021-ci ilin aprelində imzalanan müqaviləyə əsasən, belçikalı yarımmüdafiəçi həftədə 462.000 avro (illik 24 milyon avro) alır.
22 yaşlı Haland “Mançester Siti”nin heyətində 8 oyunda 12 qol vurub. Tərəflər arasında müqavilə 5 il müddətinə nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin