“Mançester Siti”nin zədəlisi qayıtdı
İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson zədəsini sağaldıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda keçirilən “Atalanta” ilə oyunda (1:1) zədələnən 26 yaşlı qapıçı, məşqlərə başlayıb. Baş məşqçi Pep Qvardiolanın şans verəcəyi halda, braziliyalı qolkiper Premyer Liqanın 13-cü turunda keçiriləcək “Çelsi” ilə oyunda meydana çıxa bilər.
Ederson zədə səbəbiylə “Liverpul”la oyunu (1:3) buraxmışdı.
“Mançester Siti” – “Çelsi” oyunu sabah, saat 21:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin