“Mançester Siti”nin zədəli futbolçusu geri dönür

“Mançester Siti”nin yarımmüdafiəçisi Rayan Çerki yaxın günlərdə yaşıl meydanlara qayıda bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

Bu il avqustun sonunda bud əzələsindən zədə alan 22 yaşlı futbolçu artıq sağalıb və tezliklə komanda ilə birlikdə məşqlərə başlayacaq. Yaxın günlərdə keçirilən MRT müayinəsi göstərib ki, Çerkidə artıq əzələ ilə bağlı problem qalmayıb.

Fransalı futbolçu UEFA Çempionlar Liqası çərçivəsində oktyabrın 1-də keçiriləcək “Monako” ilə oyunda meydana çıxa bilər.

Çerki yayda “Lion”dan “Mançester Siti”yə transfer olunub. O, indiyədək “şəhərlilər”in heyətində 6 oyuna çıxaraq, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button