
MS futbolçusunu 25 milyon avroya satmağa razılaşıb
“Mançester Siti”nin yarımmüdafiəçisi Ceyms Makati karyerasını “Nottingem Forest”də davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun transferi artıq razılaşdırılıb və təsdiqlənib.
“Mançester Siti” yetirməsinin satışından 25 milyon avro qazanacaq. Makatinin yeni klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
İngiltərəli futbolçu “şəhərlilər”in heyətində 34 matçda meydana çıxaraq, 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin