“Mançester Siti”nin yeni transferi növbəti oyunu buraxacaq

“Mançester Siti”nin futbolçusu Rayan Çerki Premyer Liqa çərçivəsində keçiriləcək “Brayton”la matçda komandasına kömək edə bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bud əzələsindən aldığı zədəyə görə oyunu buraxacaq.

Fransalı futbolçu bu yay transfer pəncərəsində “Lion”dan “Mançester Siti”yə keçib. O, cari mövsümdə Premyer Liqada iki oyunda iştirak edib və 1 qol vurub.

“Brayton” və “Mançester Siti” arasında 3-cü turun matçı avqust 31-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button