“Dünyanın ən yaxşı məşqçisi ilə işləməkdən imtina edə bilmədim” – Qriliş
“Mançester Siti”nin yeni transferi Cek Qriliş açıqlama verib.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan ingilis yarımmüdafiəçi, “Mançester Siti”yə keçdiyi üçün çox sevincli olduğunu deyib:
“Sevincimdən göyün yeddinci qatındayam. Dünyanın ən yaxşı məşqçisi ilə işləməkdən imtina edə bilmədim. Bura gəlməzdən əvvəl onunla çox danışdım. Hər şey müsbətdir”.
“Mançester Siti” Qrilişi “Aston Villa”dan transfer edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin