“Mançester Siti”nin yeni kapitanı müəyyənləşib
“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker komandanın kapitanı kimi təsdiqlənib.
Komanda.az “Manchester Evening”-ə istinadən xəbər verir ki, komandanın sabiq kapitanı İlkay Gündoğan ötən yay “Barselona”ya getdikdən sonra klubda əsas kapitan yeri boş qalmışdı.
33 yaşlı oyunçu komandanın əsas kapitanı, Kevin de Bruyne isə vitse-kapitan olacaq.
Uolker 2017-ci ildən “şəhərlilər”də çıxış edir. O, bu mövsüm komandanın heyətində bütün yarışlarda 27 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin