“Mançester Siti”nin hansı mövqelərə transferlər edəcəyi məlum olub

“Mançester Siti”nin 2025-ci ildə hansı mövqeləri gücləndirməyi planlaşdırdığı məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub baş məşqçi Xosep Qvardiolaya dəstək olmaq üçün yanvar və yay aylarında çoxsaylı transferlər etməyi planlaşdırır. MS rəhbərliyi yaxın iki transfer pəncərəsi ərzində mərkəz müdafiəçisi, cinah müdafiəçisi, iki yarımmüdafiəçi və iki hücumçu transfer etməyi nəzərdə tutub. Bu siyahıdakı üç oyunçu artıq gələn ay transfer ediləcək.

“Səhərlilər” 2024-cü ilin sonunu zəif keçirib, bütün turnirlərdə yalnız 14 oyundan 2-sini qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button